İstanbul-Tokio aviareysi Bakıya məcburi eniş edib
Tarix: 15-01-2023 11:25 | Bölmə: Cəmiyyət
İstanbul-Tokio aviareysi Bakıya məcburi eniş edib

Türk Hava Yollarına məxsus İstanbul-Tokio reysini həyata keçirən təyyarənin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinin məlumatına görə, “Boeing 777” təyyarəsi yerli vaxtla saat 07:15-də Bakı hava limanına enib.

Sərnişinə tibbi yardım göstərilib, onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsinə qərar veilib.

Təyyarə saat 09:30-da Bakıdan Tokioya qalxıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}