13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Yeməyə dad verən qaşıq icad edilib
Tarix: 16-01-2023 10:29 | Bölmə: Cəmiyyət
Yeməyə dad verən qaşıq icad edilib

Amerika Birləşmiş Ştatlarda innovasiyalı biznes və texnoloji ideyaları reallaşdırmaqla məhşurlaşan “SpoonTEK” şirkəti satışa içinə balaca elektroşok yerləşdirilmiş yeni qaşıq çıxarıb.

Reyting.az
-ın Qərb mətbuatına istinadla verdiyi məlumata görə, istehsalçı firmanın nümayəndəsi deyib ki, yeni qaşıq nəinki insan sağlamlığı üçün təhlükəli deyil, hətta qəbul edilən qidanın keyfiyyətini artırmaqdan ötrü də ondan istifadə oluna bilər.

Artıq mütəxəssislər “dadlı qaşıq” barədə ilk rəylərini aşçıqlayıblar. Onların gəldiyi qənaətə görə, yeni qaşıq duzun, turşu və qələvilərin, orqanizm üçün heç də təhükəsiz sayılmayan digər ədviyyatların miqdarını aşağı salmağa imkan verir.

“SpoonTEK”in qaşığının çanağında və dəstəyində iki mini-elektrod, kompakt enerji mənbəyi və işıq diodu yerlşdirilib. Qaşığa alınan yeməklə elektrodun biri, adamın əli ilə isə ikinci arasında təmas yaranır və qaşıq ağız boşluğuna çatanda, elektrodlar arasındakı elektrik zənciri qapanır, qida qəbul edənin dilindən yangül cərəyan keçir. Bu an dil, dilçək, diş və damaqlar xüsusi dad hiss edirlər...




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər