Qazaxda mikroavtobus qəzaya düşüb, yaralılar var
Tarix: 17-01-2023 22:35 | Bölmə: Cəmiyyət
Qazaxda mikroavtobus qəzaya düşüb, yaralılar var

Qazaxda mikroavtobus qəzaya uğrayıb.

Məlumata görə, Qazax rayon Kəmərli kənd ərazisində "QAZel" markalı mikroavtobus minik avtomobilinin anidən qarşısına çıxması səbəbindən idarəetmədən çıxıb və yol kənarındakı arxa düşüb.

Qəza nəticəsində 7 nəfər - Əhmədov Səməd (2005) Lenanov Elçin (2005), Həsənova Ülviyyə (2001), Həkimova Cəmalə (1988), Rəhimova Şəfiqə (2004), Məmmədova Solmaz (2006), Muradova Nurlanə (2002) xəsarət alıb.

Onlar Qazax Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Xəsarət alanlardan birinə ambulator müalicə göstərilib. Daha 6 nəfərin müalicəsi isə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
28-04-2025, 12:18 Sabah yağış yağacaq