Bakıda azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxs saxlanılıb - Foto
Tarix: 20-01-2023 19:12 | Bölmə: Cəmiyyət
Bakıda azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxs saxlanılıb

Bakının Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən edilib.

DİN-in Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1981-ci il təvəllüdlü Elşən Mirzəcanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Araşdırmalar davam etdirilir.





Bölməyə aid digər xəbərlər
28-04-2025, 12:18 Sabah yağış yağacaq