17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Masallıda əməliyyat: narkokuryer 15 kq heroinlə tutulub
Tarix: 21-01-2023 18:39 | Bölmə: Cəmiyyət
Masallıda əməliyyat: narkokuryer 15 kq heroinlə tutulub

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xaricdən göndərilən külli miqdarda narkotikin ölkə ərazisində satışını təşkil etməli olan şəxs saxlanılıb, ona məxsus torbadan ayrı-ayrı bükümlərdə 15 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Reyting.az-a verilən məlumata görə, həmin narkotik vasitənin satışını təşkil etməsi üçün Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Hüseynova xaricdə yaşayan narkotacir tərəfindən göndərildiyi müəyyən edilib.

Masallı RPŞ-nin əməkdaşkarının keçirdiyi digər bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş rayonun Banbaşı kənd sakini Şahin Cümşüdov saxlanılıb. Şəxsi axtarış zamanı ondan yarım kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}