Tovuzda ocaqda partlayış olub - Gəlin və qaynanası yaralanıb
Tarix: 22-01-2023 18:56 | Bölmə: Cəmiyyət
Tovuzda ocaqda partlayış olub - Gəlin və qaynanası yaralanıb

Tovuzda gəlin və qaynanası naməlum cismin partlaması nəticəsində xəsarət alıb.

hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.

Kənd sakinləri, 1961-ci il təvəllüdlü Tağıyeva Roza Abbas qızı və onun gəlini, 1992-ci il təvəllüdlü Esmira Xəqani qızı Tağıyeva yaşadıqları evin həyətində çörək bişirən zaman ocağa odun qoyduqdan bir müddət sonra partlayış baş verib.

Hadisə nəticəsində R.Tağıyeva qarın nahiyəsindən, onun gəlini isə əl və üz nahiyəsindən xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, onlardan R.Tağıyeva cərrahiyyə əməliyyatı olub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Yaxınlarının deməsinə görə, partlayışa odunun içərisində olan naməlum hərbi sursatın partlaması səbəb olub. Belə ki, düşmənlə sərhəddə yerləşən kənd ərazisi öncələr tez-tez atəşə tutulub. Güman edilir ki, həmin dövrdə atılan hərhansısa bir hərbi sursat odunun içərisində olub/Report.

Faktla bağlı araşdırma aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}