14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Sabah hava necə olacaq? - Proqnoz
Tarix: 23-01-2023 12:22 | Bölmə: Cəmiyyət
Sabah hava necə olacaq? - Proqnoz

Yanvarın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}