16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Yük gəmisi Şərqi-Çin dənizində batıb
Tarix: 25-01-2023 08:46 | Bölmə: Cəmiyyət
Yük gəmisi Şərqi-Çin dənizində batıb

Honkonqda qeydiyyatdan keçmiş, göyərtəsində 22 nəfərin olduğu yük gəmisi Şərqi-Çin dənizində, Yaponiyanın Dandze adasının yaxınlığında batıb.
Reyting.az xəbər verir ki, bu barədə “Ryonxap” informasiya agentliyi məlumat yayıb.

Gəminin komandasına Çinin 14 vətəndaşı və Myanmanın 8 sakini daxildir ki, onlardan, son məlumatlara görə, hələlik 4 çinli xilas edilib.

Ağac məmulatları daşıyan “Jin Tian” bərəsi Soqvipxo şəhərindən 148 kilometr cənub-şərqdə qəzaya uğrayıb.

Cənubi Koreyanın sahil mühafizə xidməti Yaponiyadan olan həmkarları ilə axtarış-xilasetmə işlərini davam etdirirlər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}