16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Qubada narkokuryer tutulub
Tarix: 25-01-2023 11:27 | Bölmə: Cəmiyyət
Qubada narkokuryer tutulub

Qubada narkokuryer saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Reyting.az-a bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən Abşeron rayon sakini Vasif Hacıyev tutulub.

Həmin şəxsin üzərinə və avtomobilinə baxış keçirilən zaman 2 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məclləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}