Daşaltıda kütləvi məzarlıqda aşkarlanan meyit qalıqlarının eyniləşdirilməsi aparılır
Tarix: 25-01-2023 16:30 | Bölmə: Cəmiyyət
Daşaltıda kütləvi məzarlıqda aşkarlanan meyit qalıqlarının eyniləşdirilməsi aparılır

“Şuşanın Daşaltı kəndində ermənilərin qətlə yetirdiyi və kütləvi məzarlıqda basdırdığı azərbaycanlıların meyit qalıqlarının eyniləşdirilməsi işi aparılır”.

Reyting.az
xəbər verir ki bu barədə "Report"a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Qeyd edilib ki, 2021-ci ilin fevral ayının 17-də Şuşanın Daşaltı kəndində müəyyən edilmiş kütləvi məzarlıqda qazıntı işləri aparılıb: “Qazıntı hərbi strukturlar tərəfindən həyata keçirilib. Oradan təxminən 25 şəxsə aid olduğu ehtimal edilən meyit qalığı çıxarılıb və götürülüb. Hazırda götürülmüş meyit qalıqlarının eyniləşdirilməsi işi aparılır”.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}