16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Yaponiyada 3 minə yaxın ördəyin məhvinə başlanılıb
Tarix: 26-01-2023 10:33 | Bölmə: Cəmiyyət
Yaponiyada 3 minə yaxın ördəyin məhvinə başlanılıb

Yaponiyanın Sayama prefekturasında “quş qripi” epidemiyası qeydə alınıb. Reyting.az xəbər verir ki, bu barədə yerli administrasiyanın açıqlamasında bildirilir.

Açıqlamada qeyd olunur ki, “quş qripi” səbəbindən 3000-ə yaxın ördəyin məhvinə başlanılıb.

“Bir gün əvvəl Qyoda şəhərindəki quşçuluq fermasında şübhəli hal aşkarlanıb. Bu gün ətraflı yoxlama nəticəsində yüksək patogenli “quş qripi”nə yoluxma faktı təsdiqlənib”, - administarsiyanın məlumatında bildirilir.

Təsərrüfat ətrafında üç kilometr radiusda quşların daşınması üçün karantin tətbiq edilib.

Məlumata görə, “Quş qripi” səbəbindən quşçuluq sənayesinə ən böyük ziyan vuran ötən mövsümdən əvvəlki mövsümdə 2020-ci ilin noyabrından 2021-ci ilin mart ayının sonuna qədər 9,87 milyon toyuq tələf olub, 18 prefekturada 52 epidemiya halı qeydə alınıb.

Mütəxəssislər yoluxmaların artmasını köçəri quşların adi vaxtdan tez - artıq sentyabrın sonunda gəlməsi və virusun müxtəlif bölgələrdə yayılması ilə əlaqələndirirlər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}