Ali Məhkəmə sabiq nazirlə bağlı qərar verib
Tarix: 26-01-2023 10:43 | Bölmə: Cəmiyyət
Ali Məhkəmə sabiq nazirlə bağlı qərar verib

Ali Məhkəmə Naxçıvanın sabiq daxili işlər naziri general-leytenant Əhməd Əhmədovun verdiyi kassasiya şikayətinin müddətinin bərpası ilə bağlı qərarı elan edib.

Reyting.az
xəbər verir ki, bu barədə "Report"a onun vəkili Dilsuz Məmmədov məlumat verib.

O bildirib ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda prosessual müddətin uzadılması ilə bağlı ərizə əsassız hesab olunub.

Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb. O, Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.




Bölməyə aid digər xəbərlər
28-04-2025, 12:18 Sabah yağış yağacaq
27-04-2025, 12:35 Sabah yağış yağacaq