İrandakı növbəti zəlzələ Naxçıvanda da hiss olunub
Tarix: 29-01-2023 19:41 | Bölmə: Cəmiyyət
İrandakı növbəti zəlzələ Naxçıvanda da hiss olunub

İranda növbəti dəfə zəlzələ baş verib. 4,9 maqnitudada qeydə alınan yeraltı təkanlar Naxçıvanda da hiss olunub.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 18:41-də Naxçıvan stansiyasında 86 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ baş verib. Zəlzələ Naxçıvan MR-də 4-3 bala qədər hiss olunub.

Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}