12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Azərbaycanın sərhədləri bağlı saxlamasının səbəbi bəlli olur
Tarix: 30-01-2023 15:05 | Bölmə: Cəmiyyət
Azərbaycanın sərhədləri bağlı saxlamasının səbəbi bəlli olur

“Quru sərhədlərimizin bağlı qalmasının pandemiya ilə əlaqədar olmadığı hamıya aydındır. Əsas səbəblərdən biri bölgəmizdə müəyyən proseslərin baş verməsi, gözlənilən təhlükələrlə bağlı idi. Son zamanlar İranda baş verənlər bu ehtimala görə sərhədlərin bağlı qalması fikrini gücləndirdi”.

Reyting.az
xəbər verir ki, bunu Real Partiyasının funksioneri, iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Tehranda səfirliyimizə terror hücumu və sonra səfirlik əməkdaşlarının tam tərkibdə ölkəmizə köçürülməsi doğru qərardır:

“Son hucum və İranda baş verən hadisələr Azərbaycan dövlətinə tam legitim əsas verir ki, İranla quru sərhədi bağlı saxlasın, amma Gürcüstan, Türkiyə və Rusiya ilə quru yolları açsın, əvvəl bu addımı atılsaydı İrandan etirazlara formal bəhanə yaranardı, indi isə bizim tam haqqımız var ki, İranla quru sərhədləri bağlı saxlayaraq digər ölkələrlə yolları açaq. Bu, həm də davranışlarına, tutumuna, ölkəmizə münasibətinə görə İran rejiminə yaxşı mesaj olar”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər