Sumqayıt sakini Gəncədə bir ailənin üç üzvünü bıçaqlayıb
Tarix: 31-01-2023 10:03 | Bölmə: Cəmiyyət
Sumqayıt sakini Gəncədə bir ailənin üç üzvünü bıçaqlayıb

Sumqayıt sakini Gəncədə bir ailənin üç üzvünü bıçaqlayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundam Reyting.az-a bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə1993-cü il təvəllüdlü Elnurə Əlimardanova, 1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və 1992-ci il təvəllüdlü Elnur Əlimərdanovun bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Babək Nəsirovun törətməsi məlum olub. Hazırda şübhəli şəxsin istintaqa təhvil verilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

***

Gəncədə bir ailəni bıçaqlayıb qaçan tutulub.

Reyting.az
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat yayıb.

Onun sözlərinə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları 3 nəfər şəxsə bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Babək Nəsirovun istintaqa təhvil verilməsi istiqamətində  keçirdikləri tədbir nəticəsində şübhəli şəxs Sumqayıt şəhərində saxlanılaraq istintaqa təhvil verilib.




Bölməyə aid digər xəbərlər
17-06-2025, 12:54 Sabah yağış yağacaq
16-06-2025, 13:06 Sabah yağış yağacaq
16-06-2025, 10:12 İsmayıllıda hotel yanıb
14-06-2025, 12:36 Sabah yağış yağacaq