12:00 / 21-10-2025
Xankəndi: böyük qələbəmiz - Rauf Rəcəbov yazır
11:48 / 21-10-2025
İsa Həbibbəyli: "Qızımın seyfindən 1 milyon avronun oğurlanması..."
11:34 / 21-10-2025
Yeni "Odisseya" filmi "Avatar 3" vasitəsilə tanıdılacaq - Fotolar
11:20 / 21-10-2025
Yavər Camalovun ailəsinə ağır itki üz verib
11:05 / 21-10-2025
Hacıyev: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri vahid "6-lıq" modelini formalaşdırır
10:58 / 21-10-2025
Ramiz Mehdiyevin kürəkəni qəzəblənib - Video
10:46 / 21-10-2025
Avropada kommunal xidmət xərcləri artır
10:24 / 21-10-2025
"SpaceX" 10 000-ci peykini orbitə çıxardıb - Foto
09:53 / 21-10-2025
Xəstə heyvanlar bazarlarda satılır?
09:48 / 21-10-2025
ABŞ Rusiya aktivlərindən Ukraynanın istifadəsinə qarşıdır
09:27 / 21-10-2025
Donald Tramp əleyhdarlarını təhqir edib - Foto
09:21 / 21-10-2025
Rəşid Mahmudov: “Pensiya yaşını 59-dan yuxarı etmək düzgün deyil”
09:15 / 21-10-2025
Türkiyənin yük təyyarəsi dənizə düşüb
09:05 / 21-10-2025
Metroya qara çarşabla minən kişi saxlanılıb - Foto
08:57 / 21-10-2025
Rusiya Budapeşt sammitindən irəliləyiş gözləyir
08:45 / 21-10-2025
İsrail ordusu atəşkəsə əməl etmir
08:38 / 21-10-2025
Bayden prostat xərçənginin müalicəsini tamamlayır
08:31 / 21-10-2025
Bessent: ABŞ “G7”-dən Rusiyaya təzyiqi artırmasını gözləyir
08:24 / 21-10-2025
Ərdoğanın Yaxın Şərq turnesi başlayır
08:19 / 21-10-2025
Yaponiyada hökumət istefa verib
08:13 / 21-10-2025
Yunanıstan Egey adalarını İsrail PUA-ları ilə qoruyacaq
07:48 / 21-10-2025
Ruslar Xarkova hücum edib
07:44 / 21-10-2025
Rusiyada ən böyük neft emalı zavodu işini dayandırıb
07:38 / 21-10-2025
İsrail rəsmisi qalmaqallı açıqlama verib
23:36 / 20-10-2025
Qurban Qurbanov: "Üstünlük bəlkə də rəqib tərəfdədir, çünki..."
22:54 / 20-10-2025
Əyləncəli heyvanlar... - Fotolar
22:25 / 20-10-2025
Fərid Qayıbov COP10-un sədri seçilib
22:14 / 20-10-2025
Xələf Xələfov Tehranda İran rəsmiləri ilə görüşüb - Fotolar
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

14:10 / 16-10-2025

16:07 / 20-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

12:02 / 16-10-2025

14:28 / 20-10-2025

19:14 / 18-10-2025

14:39 / 19-10-2025

Zəngilanda Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib
Tarix: 02-06-2023 16:19 | Bölmə: Cəmiyyət

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzinin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclası Zəngilan rayonunun Ağalı kəndində keçirilib.
Reyting.az xəbər verir ki, iclasda İşçi Qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Şuşa şəhəri Dövlət Qoruq İdarəsinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak edib.
İşçi Qrupunun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Nazirlik tərəfindən Zəngilan və Qubadlı rayonları ərazisində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən meşəbərpa və yeni yaşıllıq sahələrinin salınması tədbirləri, xüsusi mühafizə olunan təbiət əraziləri, eləcə də Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı həyata keçirilmiş tədbirlər, Qoruq ərazisində aparılmış çöl-tədqiqat işləri, flora və fauna növlərinin öyrənilməsi barədə qısa məlumat verib. Belə ki, məhv edilmiş yaşıllıqların bərpası məqsədilə həmin ərazilərin torpaq-iqlim şəraitinə uyğun ümumilikdə 160 hektara yaxın sahədə 124 000 ədəd ağac tingi əkilmiş (çinar, sərv, şam, göyrüş, dağdağan, qarağac, meliya, akasiya və s) və 3000 kq palıd və şərq çinarı toxumu səpilmişdir. Yeni salınmış yaşıllıqların suvarılmasının təmin edilməsi məqsədilə Zəngilan şəhərinin girişində 55 ha ərazidə damcılı suvarma sistemi qurulmuşdur və həmin yaşıllıqlara mütəmadi qaydada aqrotexniki xidmətlər göstərilir və suvarılması təmin olunur. Həmçinin, xüsusi mühafizə olunan təbiət ərazilərində infrastrukturun bərpası tədbirləri ilə yanaşı fauna növlərinin reintroduksiyası layihələri də həyata keçirilir. Bu məqsədlə Cəbrayıl rayonu ərazisinə buraxılmış 33 baş ceyranın hazırda izlənilməsi, monitorinqi aparılır. Bununla yanaşı Zəngilan, Qubadlı və Füzuli rayonlarının ərazisindən axan Bəsitçay, Həkəriçay, Köndələnçay və Bərgüşad çaylarına bu günədək 449 500 fərd, Suqovuşan və Xaçınçay su anbarlarına 450 min fərd qızılxallı forel və çəki cinsli (ağ amur, ağ qalın alın) balıq körpələri (ümumilikdə 900 minə qədər) buraxılmışdır. Nazirlik tərəfindən bu layihələrin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev öz təbiəti və əlverişli coğrafi mövqeyi ilə seçilən Zəngilan rayonunun həm də iqtisadi cəhətdən, o cümlədən mədən sənayesi, kənd təsərrüfatı, logistika, alternativ enerji, turizm sahələrinin inkişafı üçün geniş imkanlara malik bir ərazi olduğunu qeyd edib. Həmçinin həyata keçirilən infrastruktur layihələrinin, yenidən salınacaq şəhər, qəsəbə və kəndlərin konseptual əsasını ”rahat yaşayış”, ”yaşıl və təmiz”, “mütərəqqi innovasiyalar” kimi yanaşmaların təşkil etdiyi və ekoloji məsələlərə xüsusi diqqət yetirildiyi qeyd olundu. Bununla yanaşı nümayəndəliyin ərazisində tikinti-söküntü tullantılarının səmərəli idarə olunması, karxanaların istismarı zamanı ətraf mühitin mühafizəsi məsələləri və son günlərdə aktuallaşan sel və daşqınların təbiətə, infrastruktur obyektlərinə, kənd təsərrüfatı sahələrinə təsirlərinin minimuma endirmək üçün qabaqlayıcı tədbirlərin, erkən xəbərdarlıq sisteminin tətbiqinin vacibliyi vurğulanıb.
Görüşdə işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə olunması barədə iştirakçılara məlumat verilmişdir. Belə ki, Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsi ilə əlaqədar “Təmiz Şəhər” ASC tərəfindən Zəngilan poliqonu ərazisində 3 ədəd müvəqqəti tullantı hücrəsi hazırlanmış və tullantıların zərərsizləşdirilməsi təşkil olunub. “Təmiz Şəhər” ASC-nin korporativ strukturunda Şərqi Zəngəzur regional bölməsi yaradılmış və yerli sakinlər işlə təmin olunub. Hazırda Ağalı kəndində məişət tullantılarının gündəlik daşınması üçün 8 meydançada 35 konteyner yerləşdirilib. Zəngilan poliqonunda hazırlanmış müvəqqəti tullantı hücrələrində tullantıların zərərsizləşdirilməsi prosesi davam etdirilib.
İclasda aidiyyəti dövlət qurumlarının mütəxəssisləri ilə birgə Oxçuçayda aparılmış fiziki-kimyəvi və bioloji monitorinqlərin nəticələri əsasında hazırlanmış təkliflər barədə iştirakçılara məlumat verilib. Birgə monitorinqlər nəticəsində Oxçuçayın suyunun keyfiyyətinin nisbətən yaxşılaşdırılması və ondan müxtəlif sahələrdə istifadə üçün metodologiya işlənib hazırlanıb. Ətraf mühitin tarazlığını pozmayan, ekoloji təmiz, iqtisadi nöqteyi-nəzərdən çox səmərəli, mürəkkəb qurğuların quraşdırılmasını tələb etməyən, eyni zamanda mövcud problemin tam və kompleks şəkildə həllinə imkan yaradan bu metodologiya Oxçuçayın ekoloji vəziyyətinin yaxşılaşdırılması onun məcrasının çirklənmiş dib çöküntülərindən təmizlənməsi, çayın suyundan içməli, texniki və suvarmada istifadəyə, həmçinin çayın rekreasiya və estetik funksiyalarının bərpasına nail olmağa imkan verəcək.
İclasda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində, o cümlədən Oxçuçay üzərində (Sayıflı, Sarıqışlaq, Zəngilan və Cahangirbəyli) Kiçik Su Elektrik Stansiyalarının tikintisi ilə bağlı ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub.
Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarının ərazisində yayılmış faydalı qazıntı yataqları barədə, eləcə də işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün bu ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqlarından istifadə qaydaları barədə iştirakçılara məlumat verilib.
Bundan başqa İşçi Qrupun üzvlərinə işğaldan azad edilmiş ərazilərdə yaranan tikinti-söküntü tullantılarının səmərəli idarə olunması və onlardan xammal kimi təkrar istifadə edilməsi layihələri, bu ərazilərdə mövcud olan meşələrin yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə planlaşdırılan birgə tədbirlər, Zəngilan rayonunun biomüxtəlifliyinin tədqiqi üzrə aparılan monitorinqlər haqqında məlumat verilib.
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:20
Yavər Camalovun ailəsinə ağır itki üz verib
Bu gün, 10:24
"SpaceX" 10 000-ci peykini orbitə çıxardıb - Foto
Dünən, 17:11
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dünən, 12:37
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 12:14
Xaçmazda 34 yaşlı şəxs güllələnib
Dünən, 10:46
Su anbarında meyit tapılıb
Dünən, 09:40
Gəncədə 25 yaşlı gənc toyda bıçaqlanıb
17-10-2025, 19:38
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
17-10-2025, 18:02
DİN-də kollegiya iclası keçirilib
17-10-2025, 16:57
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
17-10-2025, 14:09
Emin Hüseynov: "Füzuli şəhərində artıq 3 mindən çox əhali yaşayır"
17-10-2025, 12:50
Sabah yağış yağacaq - Proqnoz
17-10-2025, 12:05
"Hakimlər haqqında" qanuna dəyişikliklər qəbul olunub
17-10-2025, 10:26
Xidmət: "Yağışlı hava davam edəcək"
17-10-2025, 09:56
Ekspert: "Eşqi Bağırov Agentliyə buraxılmır, onun "qələm"i qırılıb"
17-10-2025, 08:47
Robot köpəklər Çinin küçələrində patrulluq edirlər
17-10-2025, 08:05
3D-bioprinter tibb aləmində yenilik olacaq
16-10-2025, 18:01
Fərhad Əhmədov məhkəmədə: "İnandırmışdılar ki, yaxtanı azad edəcəklər"
16-10-2025, 17:09
Daha bir vəzifəli şəxs saxlanılıb - Foto
16-10-2025, 16:25
Füzulidəki qəzada dörd nəfər xəsarət alıb
16-10-2025, 12:38
Sabah yağış yağacaq - Proqnoz
16-10-2025, 12:29
"QHT işi" üzrə həbs olunan şəxsin məhkəməsi başlayır
16-10-2025, 11:37
Yasamalda iki nəfər güllələnib - (Yenilənib)
16-10-2025, 10:32
Balaxanıda sursat aşkarlanıb
16-10-2025, 09:45
Sosialist əməyi qəhrəmanı 86 yaşında vəfat edib
15-10-2025, 18:10
Azərbaycanlı və rusiyalı alimlər dərinlikdən gələn sirri açıblar - Foto
15-10-2025, 17:02
Növbəti iki gündə bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
15-10-2025, 16:48
Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişib
15-10-2025, 15:48
DTX və DSX sərhəddə əməliyyat keçirib - Foto
15-10-2025, 14:58
Zərdabda qəsdən yanğın törədən şəxs cərimələnib
15-10-2025, 13:04
Sabah yağış yağacaq
15-10-2025, 12:15
Azərbaycana yenə PUA ilə narkotik gətirmək istəyiblər
15-10-2025, 12:13
TƏBİB xarici vətəndaşlara da xidmət göstərəcək
15-10-2025, 10:09
Qərbi azərbaycanlılarla bağlı tədbir keçirilib - Fotolar
15-10-2025, 09:38
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb
15-10-2025, 08:49
Sümükləri tapılan mamontun 45 min il yaşı var - Fotolar
14-10-2025, 18:01
Sabiq icra başçısı vəfat edib
14-10-2025, 14:02
İrandan PUA vasitəsilə narkotik keçirən narkotacir həbs olunub
14-10-2025, 12:43
“Tarqovı”da qanunsuz fotoqraflıq edən gənc həbs olunub
14-10-2025, 12:19
Sabah yağış yağacaq - Proqnoz
14-10-2025, 11:24
İlkin Süleymanovun məhkəməsi təxirə salınıb
14-10-2025, 10:46
Dövlət hesabına 62 xarici tələbə ölkəmizdə təhsil alacaq
14-10-2025, 09:09
Daha bir QHT sədrinə cinayət işi açılıb
14-10-2025, 09:00
Pişiklərin ən çox sevildiyi ölkələrin adı açıqlanıb - Siyahı
13-10-2025, 17:57
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq