11 sentyabr terror aktının iştirakçıları ölüm cəzasından qurtulub
Tarix: 01-08-2024 11:47 | Bölmə: Dünya
11 sentyabr terror aktının iştirakçıları ölüm cəzasından qurtulub

ABŞ Müdafiə Nazirliyi 11 sentyabr hücumlarının arxasında duran Xalid Şeyx Məhəmmədin edam cəzasından yayınmaq üçün etirafçı olmağı seçdiyini açıqlayıb.

Reyting.az
-ın xəbərinə görə, etirafçı olmağa razılıq verən Məhəmməd ömürlük həbs cəzası alacaq.

Pentaqonun açıqlamasında bildirilir ki, “2001-ci il 11 sentyabr hücumlarının memarı” olduğu iddia edilən Xalid Şeyx Məhəmməd və digər iki müttəhimlə razılıq əldə edilib. Bunun müqabilində Velid Bin Attaş və Mustafa Əhməd Adem əl-Havsəvi də ölüm cəzası əvəzinə ömürlük həbs cəzası alacaqlar.

Qeyd edək ki, Xalid Şeyx Məhəmməd 2003-cü ildə terror hücumlarında iştirak etdiyinə görə Pakistanda yaxalanıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər