İsrail ordusu ikisi uşaq olmaqla daha altı fələstinlini öldürüb
Tarix: 16-09-2024 09:18 | Bölmə: Dünya
İsrail ordusu ikisi uşaq olmaqla daha altı fələstinlini öldürüb

İsrail Qəzza zolağında daha bir evə hava hücumu həyata keçirib. Hücum zamanı ikisi uşaq olmaqla altı fələstinli həyatını itirib. Üstəlik, ətrafdakı evlərə ziyan dəyib.

Reyting.az
xəbər verir ki, Qəzza Mülki Müdafiə İdarəsi İsrail döyüş təyyarələrinin Qəzza şəhərinin cənub-şərqində bir evi bombaladığını təsdiqləyib.

Hücum nəticəsində ikisi uşaq, biri qadın olmaqla altı mülki şəxs həyatını itirib, yaralılar var.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən bu yana 16 min 795-i uşaq, 11 min 378-i qadın olmaqla 41 min 206 fələstinli öldürülüb, 95 min 337 nəfər yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilsə də, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər