22:34 / 30-07-2025
“Qarabağ” qalib gəlib
Almaniya silah alınmasına 10 milyard dollardan çox vəsait xərcləyəcək
Tarix: 30-07-2025 11:13 | Bölmə: Dünya
Almaniya silah alınmasına 10 milyard dollardan çox vəsait xərcləyəcək

Almaniya 20 ədəd “Eurofighter” qırıcısı, 3000-ə qədər “Boxer” zirehli maşını və 3500-ə qədər “Patria” piyada döyüş maşınının alınması üçün bir sıra sifarişlər hazırlayır.

Reyting.az
xəbər verir ki, məlumatı “Reuters” agentliyi planlarla tanış olan iki mənbəyə istinadla yayıb.

Satınalmalar kansler Fridrix Merzin Avropanın ən güclü ordusunu qurmaq, ABŞ-dan asılılığı azaltmaq və Avropanın təhlükəsizliyi üçün daha böyük məsuliyyəti öz üzərinə götürmək səylərinin bir hissəsidir.

Mənbələrin dediyinə görə, “Eurofighter” sifarişinin təkcə 4-5 milyard avroya başa gələcəyi gözlənilir, KNDS və “Rheinmetall” tərəfindən hazırlanan “Boxer” isə 10 milyard avroya başa gələcək. “Patria”nın isə təxminən 7 milyard avroya başa gəldiyi təxmin edilir.

Mənbələr “Boxer” və “Patria”-nın yaxın 10 il ərzində təhvil veriləcəyini bildiriblər.

Müdafiə Nazirliyi əlavə “IRIS-T” hava hücumundan müdafiə sistemləri və bir neçə yüz “SkyRanger” dron müdafiə platforması almaq planlarını da hazırlayır. Mənbələr bildiriblər ki, maliyyə detalları hələ yekunlaşdırılmayıb.

Merz 2029-cu ilə qədər ÜDM-nin 3,5 faizi həcmində yeni müdafiə xərcləri hədəfinə nail olacağına söz verib.

Bundan əlavə, Merz Ukraynaya silah almağa kömək etmək üçün “Tramp” sxeminin işə salındığını elan edib. Almaniya bu məsələdə əsas rol oynayacaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər