18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
ABŞ Qəzzada atəşkəs danışıqlarını dayandırır
Tarix: 25-07-2025 09:42 | Bölmə: Dünya
ABŞ Qəzzada atəşkəs danışıqlarını dayandırır

ABŞ Qəzza zolağında atəşkəs danışıqlarını dayandırır və danışıqlar qrupunu Qətərdən geri qaytarır.

Reyting.az
xəbər verir ki, bu məlumatı “Associated Press” ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffa istinadla yayıb.

Məlumata görə, danışıqlar qrupu HƏMAS-ın son cavabını müzakirə etmək üçün geri qaytarılır.

Bildirilir ki, vasitəçilər atəşkəs üçün böyük səylər göstərsələr də, HƏMAS bunu koordinasiya etmir və ya məsələyə vicdanla yanaşmır.

ELÇİN




Bölməyə aid digər xəbərlər