Nyu-York qan gölünə çevrilib
Tarix: 29-07-2025 10:43 | Bölmə: Dünya
Nyu-York qan gölünə çevrilib

Nyu-Yorkda atışma baş verib. Bir nəfər insanlara atəş açdıqdan sonra intihar edib.

Reyting.az
xəbər verir ki, biri polis əməkdaşı olmaqla altı nəfər ölüb, yaralılar var.

Hadisə Manhettendəkı göydələndə baş verib. Atəş açan 27 yaşlı kişi olub. Mənbələr onu Şeyn Tamura kimi təqdim edirlər.

Məlumata görə, o, “Blakstone” investisiya şirkətinin və NFL-nin baş qərargahının yerləşdiyi 44 mərtəbəli binaya daxil olub. İnsanların axını zamanı tüfənglə atəş açaraq işçiləri qaçmağa məcbur edib.

O, daha sonra özünə gülləyib.

Media Tamuranın təkbaşına hərəkət etdiyini yazır.

Qeyd edək ki, ölənlərin sayının artacağı güman olunur.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər