Ən təhlükəli cinayətkar dəstələrdən biri zərərsizləşdirib
Tarix: 29-07-2025 10:51 | Bölmə: Dünya
Ən təhlükəli cinayətkar dəstələrdən biri zərərsizləşdirib

İspaniyanın hüquq-mühafizə orqanları Madriddə ölkənin ən təhlükəli və zorakı gənclər dəstələrindən birini zərərsizləşdirməyi bacarıb.

Reyting.az
xəbər verir ki, bu barədə İspaniya Milli Polis İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Söhbət Dominican Dont Play (DDP) qrupunun bir hissəsi olan “4 Xorros” dəstəsindən gedir. Quldurlar paytaxtın Karabançel rayonunda yaşayıb və Madridin muxtar icmasında fəaliyyət göstəriblər.

Polis 11 nəfəri saxlayıb. Onlar basqın etməkdə, qanunsuz silah saxlamaqda, cinayət təşkilatında iştirakda şübhəli bilinirlər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər