Rusiya dron hücumları zamanı mobil interneti bağlayır
Tarix: 29-07-2025 11:30 | Bölmə: Dünya
Rusiya dron hücumları zamanı mobil interneti bağlayır

Ruslar getdikcə daha çox mobil internetin qəfil və kütləvi şəkildə bağlanması ilə üzləşirlər ki, bunun da tamamilə məntiqi izahı var.

Reyting.az
xəbər verir ki, bu barədə “New York Times” yazıb.

Rusiyada mobil rabitənin kütləvi şəkildə dayandırılmasının səbəbi, naviqasiya üçün mobil şəbəkələrdən istifadə edə bilən Ukrayna pilotsuz təyyarələrinin hücumlarının qarşısını almaqdır.

İyun ayından hökumət xəbərdarlıq etmədən müxtəlif bölgələrdə interneti hər gün bir neçə saatlıq bağlayır.

“On line” könüllülər qrupunun məlumatına görə, iyulun sonuna kimi Rusiyanın 83 regionundan ən azı 73-də mobil şəbəkələr kəsilib.

“Kreml regional hakimiyyətlərdən pilotsuz təyyarələrdən qorunma yaratmağı xahiş edir - onlar interneti söndürməkdən başqa heç nə edə bilməzlər”, - İnternet Mühafizəsi Cəmiyyətinin sədri Mixail Klimarev deyib.

Mobil şəbəkələrin ayrı-ayrı kanalları var - biri zənglər üçün, digəri məlumatların ötürülməsi üçün, həm proqramlar, həm də dronlar tərəfindən istifadə olunur. Rusiya hakimiyyəti interneti söndürməklə məlumatların ötürülməsi kanalını bloklayır. Bununla belə, zənglər mümkündür.

Bildirilir ki, bağlamalar mərkəzləşdirilməyib və qərar yerli administrasiyalar tərəfindən pilotsuz təyyarələrin hücumları barədə məlumatlara əsasən qəbul edilir.

Bu, Rusiya hakimiyyətinin rəqəmsal məkana müdaxiləsinin ilk nümunəsi deyil. Lakin “YouTube” və ya “Telegram”ı bloklamaq üçün əvvəlki cəhdlərdən fərqli olaraq, indiki bağlanmalar milyonlarla rusiyalının gündəlik həyatına birbaşa təsir göstərir - bank işindən tutmuş naviqasiyaya qədər.

Dron hücumları təkcə interneti söndürmür. Təkcə bir həftəsonu ərzində Moskvada hava təhlükəsi səbəbindən 300-ə yaxın aviareys də təxirə salınıb. Belə hallar hava limanlarını çökdürür.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər