Dövlət katibi: Ukraynadakı müharibə ABŞ və Rusiyanın “vəkil müharibəsi”dir
Tarix: 06-03-2025 13:35 | Bölmə: Dünya
Dövlət katibi: Ukraynadakı müharibə ABŞ və Rusiyanın “vəkil müharibəsi”dir

ABŞ dövlət katibi Marko Rubio Ukraynadakı müharibəni Ukraynanı dəstəkləyən ABŞ ilə Rusiya arasında “vəkil müharibəsi” adlandırıb və buna son qoyulmalı olduğunu deyib.

Reyting.az
-ın məlumatına görə, dövlət katibi bildirib ki, bu, nüvə gücləri arasında proksi müharibədir.

“ABŞ Ukraynanı dəstəkləyir, Rusiya isə ona qarşı mübarizə aparır. Və buna son qoyulmalıdır”, - Rubio əlavə edib.

Onun fikrincə, hər iki tərəfin bunu necə edəcəyi ilə bağlı dəqiq planı yoxdur.

Rubio vurğulayıb ki, ABŞ prezidenti Donald Tramp sülhə gedən yolu tapmağa çalışır və bunun üçün hər iki tərəflə - Rusiya və Ukrayna ilə danışıqlar aparmaq lazımdır.

ELÇİN




Bölməyə aid digər xəbərlər