Fransa kəşfiyyat məlumatlarını Ukrayna ilə bölüşməyə hazırdır
Tarix: 06-03-2025 14:02 | Bölmə: Dünya
Fransa kəşfiyyat məlumatlarını Ukrayna ilə bölüşməyə hazırdır

Fransa Ukraynaya kəşfiyyat məlumatlarını verməyə hazırdır.

Reyting.az
xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastian Lecornu martın 5-də ABŞ-nın Ukrayna ilə kəşfiyyat məlumatları mübadiləsini dayandırdıqdan sonra deyib.

“Bizim kəşfiyyatımız suverendir, öz imkanlarımızla əldə olunur. Biz bunu ukraynalılara təhvil veririk”, - nazir əmin edib.

Qeyd edək ki, ABŞ bütün kəşfiyyat məlumatlarını Ukrayna ilə paylaşmağı dayandırıb. “Sky News”-in məlumatına görə, martın 5-dən bütün məlumat mübadiləsi dayandırılıb. Bu səbəbdən Ukrayna HIMARS-ı hədəf almaq üçün məlumatların qəbulunu dayandırıb.

“Economist” nəşrinin əməkdaşı Oliver Karroll qeyd edib ki, Ukrayna uzaq məsafədən zərbələr üçün real vaxt məlumatı ala bilmir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
3-06-2025, 18:26 Baş nazir istefa verib