14:10 / 02-04-2025
Sabah yağış yağacaq
İki milyard dollarlıq “Patriot” müqaviləsi imzalanacaq
Tarix: 01-04-2025 11:33 | Bölmə: Dünya
İki milyard dollarlıq “Patriot” müqaviləsi imzalanacaq

Polşa və ABŞ arasında 2 milyard dollar dəyərində “Patriot” hava hücumundan müdafiə sistemi müqaviləsinin imzalanacağı bildirilir.

Reyting.az
-ın məlumatına görə, Polşanın müdafiə naziri ABŞ-la razılaşma ilə bağlı açıqlama verib.

Nazir bildirib ki, Polşa və ABŞ təxminən 2 milyard dollar dəyərində müqavilə imzalayacaqlar. Bura “Patriot” hava hücumundan müdafiə sistemi üçün logistik dəstək, təlim və texniki dəstək komponentləri də daxildir.

Bildirilir ki, sazişin həyata keçirilməsi Wisla proqramının əsasını təşkil edən “Patriot” buraxılış sistemlərinin əməliyyat hazırlığını təmin edəcək.

Qeyd edək ki, bölgədə Polşanın ehtiyat etdiyin əsas dövlət Rusiyadır. Bu fonda müqavilə Rusiyaya qarşı yönəlmiş kimi də qiymətləndirilə bilər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər