İki təhlükəsizlik işçisi öldürülüb
Tarix: 19-08-2025 14:01 | Bölmə: Dünya
İki təhlükəsizlik işçisi öldürülüb

Suriyada şübhəli avtomobildən açılan atəş nəticəsində iki təhlükəsizlik işçisi həlak olub.

Reyting.az
xəbər verir ki, təhlükəsizlik qüvvələri Tartus vilayətində yol kənarında dayanmış şübhəli avtomobilə baxış keçirmək istəyirmişlər.

Məlumata görə, daxili təhlükəsizlik patrulu şəhərdə şübhəli avtomobil görüb və araşdırma aparmaq üçün avtomobilə yaxınlaşıb. Bu zaman avtomobildə olan şəxslər zabitlərə atəş açıblar.

Hadisə nəticəsində iki mühafizəçinin öldüyü, avtomobildə olan naməlum silahlı şəxslərin ərazidən qaçdığı, hücum edənlərin tutulması üçün əməliyyata başlanıldığı bildirilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər