İçərisində sərnişinlərin olduğu təyyarə yanıb
Tarix: 05-12-2025 12:03 | Bölmə: Dünya

İçərisində sərnişinlərin olduğu təyyarə yanıb

Braziliyada göyərtəsində sərnişinlərin olduğu “Airbus A320” təyyarəsi eniş etdikdən sonra yanmağa başlayıb.

Reyting.az xəbər verir ki, uçuşu həyata keçirən “LATAM Airlines” aviaşirkəti yanğının baqaj işçisi tərəfindən törədildiyini və alovun təyyarənin hər yerinə yayıldığını bildirib.

Məlumata görə, kabinəni tüstü ilə örtülüb və sərnişinlər təxliyə olunub.

Faktla bağlı cinayət işi açılıb və araşdırmalar gedir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
9-12-2025, 18:18 Moskvaya PUA hücumu olub