Çindəki yanğında 12 nəfər həyatını itirib
Tarix: 10-12-2025 13:12 | Bölmə: Dünya

Çindəki yanğında 12 nəfər həyatını itirib

Bir neçə gün əvvəl Çində baş verən və 128 nəfərin həyatına son qoyan faciəli yanğından sonra daha bir hadisə qeydə alınıb. Şantou şəhərində 4 mərtəbəli binanı bürüyən yanğında 12 nəfər həyatını itirib.

Reyting.az xəbər verir ki, 4 mərtəbəli binada yanğın yerli vaxtla saat 21:20-də başlayıb. Əraziyə yanğınsöndürmə və tibbi qruplar göndərilib.

Səlahiyyətlilər 12 nəfərin həyatını itirdiyini bildirirlər. Alov təxminən 40 dəqiqə ərzində söndürülüb və yanğının səbəbi hələ də məlum deyil.

Qeyd edək ki, bu yaxınlarda Honkonq Xüsusi İnzibati Bölgəsinin Tai Po rayonunda 4000 nəfərin yaşadığı 8 mənzilli yaşayış kompleksində baş verən yanğın nəticəsində 128 nəfər həlak olub.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
9-12-2025, 18:18 Moskvaya PUA hücumu olub