Tramp yeni əməliyyatın anonsunu verib
Tarix: 10-12-2025 08:17 | Bölmə: Dünya

Tramp yeni əməliyyatın anonsunu verib

ABŞ prezidenti Donald Tramp Latın Amerikasında narkotik alverçilərinə qarşı hərbi əməliyyatların genişləndirildiyini bəyan edib. O, narkobaronlara qarşı təkcə dənizdə deyil, quruda da əməliyyatlara başlamağa hazır olduğunu bildirib.

Reyting.az “Reuters”ə istinadla xəbər verir ki, Pensilvaniyadakı mitinqdə çıxışı zamanı, o, kontinental marşrutlar boyunca narkotik ticarətinin daha geniş yayılması səbəbindən quru əməliyyatlarının sadə və effektiv olduğunu izah edib: “Dənizdəki hədəflərin məhv edilməsi artıq hər il 25.000-ə qədər həddindən artıq dozada ölümün qarşısını alır”.

ABŞ liderinin 1 saat 40 dəqiqə davam edən çıxışında diqqətçəkən məqam onun bir dəfə də olsun Ukraynadakı münaqişə mövzusuna toxunmaması olub.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
9-12-2025, 18:18 Moskvaya PUA hücumu olub