Tayland-Kamboca hərbi qarşıdurması qızışır
Tarix: 11-12-2025 09:44 | Bölmə: Dünya

Tayland-Kamboca hərbi qarşıdurması qızışır

“Tayland Hərbi Hava Qüvvələri artilleriya atəşinə cavab olaraq sərhəd bölgələrində Kamboca hərbçilərinin mövqelərinə hava zərbələri endirib”.

Reyting.az xəbər verir ki, bu barədə Tailandın Müdafiə Nazirliyinin məlumatında deyilir.

Kambocada hava zərbələri yalnız komanda məntəqələrini, PUA-ların komandanlıq obyektlərini, silah və sursat anbarlarını hədəf alıb. Kral Hərbi Hava Qüvvələrinin sözçüsü Çakkrit Thammaviçai bildirib ki, kəşfiyyat dərhal təhlükə aşkar edərsə, Hərbi Hava Qüvvələri Kamboca daxilində əməliyyatlar keçirməyə hazırdır.

ELÇİN





Bölməyə aid digər xəbərlər
9-12-2025, 18:18 Moskvaya PUA hücumu olub