Türkiyədə Xarici İşlər Nazirliyinin 249 əməkdaşının həbsi gözlənilir
Tarix: 20-05-2019 19:54 | Bölmə: Dünya
Türkiyədə Xarici İşlər Nazirliyinin 249 əməkdaşının həbsi gözlənilir

Türkiyə hakimiyyəti 2016-cı ilin iyul ayında dövlət çevrilişinə cəhddə ittiham olunan Fəthullah Gülənlə əlaqədə şübhəli hesab edilən Xarici İşlər Nazirliyinin 249 əməkdaşının həbsinə göstəriş verib.

Reyting.az bildirir ki, bu haqda “Reuters” agentliyi məlumat yayıb.

Ankaranın baş prokurorluğu açıqlayıb ki, Türkiyə Xarici İşlər Nazirliyinin 249 əməkdaşının həbsinə əmr verilib.

Onların nazirliyə işə düzəlməklə bağlı keçmişdəki imtahanların gedişində yol verdikləri qanunsuzluqlaraın istintaqla müəyyən edildiyi vurğulanır.

Hazırda 78 nəfər saxlanılıb, qalanı axtarışdadır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
7-11-2024, 08:30 Beyrut yenə bombalanıb