Rəsmi Moskva: "ABŞ hər an söz verdiyi ölkələri yarı yolda qoya bilər”
Tarix: 23-12-2019 13:57 | Bölmə: Dünya
Rəsmi Moskva: "ABŞ hər an söz verdiyi ölkələri yarı yolda qoya bilər”

“Bu addımdan sonra heç bir ölkə Vaşinqtonun etibarsızlığına şübhə etməməlidir”.

Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Federasiya Şurasında keçirilən "Hökumət saatı"nda çıxışı zamanı ABŞ-ın “Şimal axını – 2” və “Türk axını” qaz boru kəmərlərinə qarşı sanksiyaların tətbiq olunmasını şərh edərkən deyib.

“Yaxın müttəfiqlərini öz iqtisadi problemlərinin həllinə və enerji təhlükəsizliyini təmin etdiklərinə görə cəzalandırırlarsa, bundan sonra heç bir ölkə şübhə etməməlidir ki, ABŞ ona nəsə söz verib, hər an yarı yolda qoya bilər”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyi "Şimal axını - 2" və "Türk axını" qaz kəmərlərinə qarşı sanksiyaların qüvvəyə minməsi ilə bağlı məlumat yayıb. Vaşinqton qaz kəmərini çəkən kompaniyalardan kəmərin inşasının dayandırılmasını tələb edib. "Şimal axını-2" qaz kəmərini inşa edən "Allseas" artıq işi dayandırıb/APA




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər