Xamnəi: “İran prezidenti gənc və “Hizbullah”çı olmalıdır”
Tarix: 18-05-2020 10:46 | Bölmə: Dünya
Xamnəi: “İran prezidenti gənc və “Hizbullah”çı olmalıdır”

“Mən həmişə demişəm ki, hökumət gənc və “Hizbullahçı” olmalıdır”.

Reyting.az
“Təsnim”-ə istinadla xəbər verir ki, bunu İranın Ali Rəhbəri Ayətullah Xamnəi bir qrup gənc və tələbələrlə görüşdə bildirib.

O deyib: "Əlbəttə, marksizm artıq dünyada nüfuza sahib deyil və intellektual yoxsulluqdan, siyasi yoxsulluqdan və s. bu cərəyan əziyyət çəkir. Ancaq bəziləri yaxşı şüarlar səsləndirməklə cəmiyyəti istismar edilə bilər".

Ali lider əlavə edib ki, o, daim İranda gənc və “Hizbullah" tərəfdarı şəxsin prezident olmasına önəm verib. "Mən dəfələrlə demişəm ki, belə bir hökumətə inanıram və ümid edirəm, amma bu ifadənin mənası yalnız təxminən 30 yaşında bir gəncin hökumət başçısı olması mənasını vermir. Gənc və “Hizbullah”çı dedikdə, problemləri həll edə bilən sabitqədəm bir hökuməti nəzərdə tutmuşam”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər