Rusiya Ukraynada avtomobil karvanını bombalayıb, 25 nəfər ölüb - Fotolar
Tarix: 30-09-2022 11:54 | Bölmə: Dünya
Rusiya Ukraynada avtomobil karvanını bombalayıb, 25 nəfər ölüb

Rusiya Ukraynanın Zaporejye şəhərində mülki vətəndaşları daşıyan avtomobil karvanını bombalayıb, azı 23 nəfər ölüb, 28 nəfər yaralanıb.

Reyting.az
xəbər verir ki, bunu Zaporojye vilayətinin qubernatoru Oleksandr Straux teleqram kanalında yazıb.

O bildirib ki, humanitar karvanda gözləyən mülki şəxslər hədəf alınb.

O.Straux hücumu terror aktı adlandırıb.

Qubernator bildirib ki, oktyabrın 1-də vilayətdə matəm elan olunacaq.(Report)

***

Rusiyanın Ukraynanın Zaporejye şəhərində mülki vətəndaşları daşıyan humanitar avtomobil karvanını bombalaması nəticəsində ölənlərin sayı 25-ə çatıb.

Bu barədə Ukrayna Prezident Ofisindən bildiriblər.

Qeyd olunub ki, 50 nəfər yaralanıb.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}