20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiyadan açıqlama: “Roma Əsasnaməsinin ratifikasiyası Putinə qarşı qeyri-dost addımdır”
Tarix: 03-10-2023 16:31 | Bölmə: Gündəm
Rusiyadan açıqlama: “Roma Əsasnaməsinin ratifikasiyası Putinə qarşı qeyri-dost addımdır”

“Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun Ermənistan parlamenti tərəfindən ratifikasiyası barədə böyük təəssüf hissi ilə xəbər tutdum. Bu qərar bizim liderimiz, Rusiya prezidenti Vladimir Vladimiroviç Putinə qarşı qeyri-dost addım kimi qəbul edilir”.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədr müavini Yuri Vorobyov deyib.

Y. Vorobyov bildirib ki, erməni parlamentarilərin qərarı Rusiya-Ermənistan Parlamentlərarası Komissiyasının işi çərçivəsində formalaşmış konstruktiv və inamlı münasibətləri məhv edir: “Ancaq əminəm ki, heç bir qüvvə rus və erməni xalqlarının çoxəsrlik dostluğunu poza bilməyəcək”.

Xatırladaq ki, Ermənistan parlamenti çərşənbə axşamı Roma Statutunu ratifikasiya edib. Bununla da Rusiya lideri Putinin İrəvana mümkün səfərlərinin qarşısı alınıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər