22:40 / 16-10-2025
Mehriban Əliyeva Vatikanda - Fotolar (Yenilənib)
22:06 / 16-10-2025
Abid Şərifov insult keçirib, vəziyyəti ağırdır
21:46 / 16-10-2025
Trampla Putin Budapeştdə üz-üzə görüşəcək
20:20 / 16-10-2025
Ermənilər Bakıda hakim qarşısına çıxarılıblar
19:43 / 16-10-2025
Döyüş robotu müharibəyə hazırdır
18:48 / 16-10-2025
Yeni tikinti matrealı satışa çıxarılıb - Foto
18:01 / 16-10-2025
Fərhad Əhmədov məhkəmədə: "İnandırmışdılar ki, yaxtanı azad edəcəklər"
17:56 / 16-10-2025
Ramiz Mehdiyevin planının üstü necə açılıb? - Şok detallar
17:09 / 16-10-2025
Daha bir vəzifəli şəxs saxlanılıb - Foto
16:56 / 16-10-2025
Müdafiə Nazirliyi paradla bağlı məlumat yayıb
16:31 / 16-10-2025
Azərbaycan prezidenti Fransa səfirinin etimadnaməsini qəbul edib - Fotolar
16:25 / 16-10-2025
Füzulidəki qəzada dörd nəfər xəsarət alıb
15:57 / 16-10-2025
Çin demoqrafik böhranı texnoloji üstünlüklə həll edir - Foto
15:43 / 16-10-2025
Keçmiş diplomata hökm oxunub
15:17 / 16-10-2025
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
15:02 / 16-10-2025
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub
14:56 / 16-10-2025
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib - Foto
14:10 / 16-10-2025
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
13:44 / 16-10-2025
Ticarət müharibəsi dolları ucuzlaşdırır
13:23 / 16-10-2025
Daha bir səfirin etimadnaməsi təqdim olunub - Fotolar
13:13 / 16-10-2025
Tramp: Hindistan Rusiyadan neft almayacaq
13:05 / 16-10-2025
Təndir çörəyinin ətri - Etibar Cəbrayıloğlu yazır
12:54 / 16-10-2025
Qazaxıstan Çindən Rusiyaya gedən minlərlə yük maşınını sərhəddə saxlayıb
12:38 / 16-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:29 / 16-10-2025
"QHT işi" üzrə həbs olunan şəxsin məhkəməsi başlayır
12:29 / 16-10-2025
Prezident yeni səfirin etimadnaməsini qəbul edib - Foto
12:23 / 16-10-2025
İlham Əliyev BMT nümayəndəsini qəbul edib - Fotolar
12:12 / 16-10-2025
Ukraynaya yenidən hücum olub, dağıntılar var
12:02 / 16-10-2025
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
11:48 / 16-10-2025
Xocavəndə növbəti köç olacaq
18:07 / 12-10-2025

09:00 / 12-10-2025

09:24 / 12-10-2025

10:19 / 12-10-2025

09:07 / 12-10-2025

17:37 / 15-10-2025

12:30 / 13-10-2025

10:12 / 13-10-2025

12:32 / 13-10-2025

22:14 / 14-10-2025

08:06 / 13-10-2025

13:38 / 13-10-2025

İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib - (Yenilənib) - Fotolar
Tarix: 28-02-2024 15:37 | Bölmə: Slayd

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Reyting.az xəbər verir ki, Almaniya Federativ Respublikasının aparıcı şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətinə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, “Falk” konsaltinq şirkətinin icraçı direktoru Tomas Falk, “Uniper Global Commodities SE” şirkətinin birinci vitse-prezidenti Uve Fip, “Rhenus Group” beynəlxalq nəqliyyat şirkətinin layihələr üzrə idarə heyətinin direktoru Heinrix Kerstgens, “VNG” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Ulf Heitmüller, “Rohde & Schwarz” şirkətinin regional satış direktoru Viktoriya Gerasimova və “HHLA International” şirkətinin icraçı direktoru Filip Sveens daxildir.
***

Dövlətimizin başçısı alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini qeyd edib.
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri nümayəndə heyətinin adından İlham Əliyevin yenidən prezident seçildiyi vaxtda qəbula görə minnətdarlığını bildirib.
Səfir prezident İlham Əliyevin Münxen səfəri zamanı Almaniya kansleri ilə keçirdiyi görüşlərinin təəssüratı altında olduqlarını deyib. O, eyni zamanda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün bu gün Berlində keçirilməsindən məmnunluqlarını ifadə edib və ölkəsinin sülh prosesini konstruktiv şəkildə dəstəklədiyini vurğulayıb.
Səfir qeyd edib ki, COP29-un keçirildiyi bu ildə sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün bir imkan yaranıb ki, bu da öz növbəsində sabitlik, iqtisadi inkişaf, əmin-amanlıq baxımından çox önəmlidir. O, qeyd edib ki, iş adamlarından ibarət böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədlərindən biri də ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirməkdən ibarətdir. Səfir vurğulayıb ki, Azərbaycan prezidentinin də inauqurasiya çıxışında dediyi kimi iqtisadi, o cümlədən enerji sahəsində transformasiya məsələlərinin gündəlikdə durması əməkdaşlıq üçün böyük imkanlar yaradır. O, xüsusi olaraq vurğulayıb ki, Almaniya biznes dairələri və şirkətləri bu gündəliyə böyük töhfələrini verməyə hazırdır.
O, qəbula görə bir daha dövlətimizin başçısına minnətdarlığını bildirərək nümayəndə heyətinin səfərinin əməkdaşlığın genişlənməsi baxımından səmərəli nəticələr verəcəyinə ümidvar olduğunu deyib.
Böyük nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən dövlətimizin başçısı iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını deyərək bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib.
Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya kansleri ilə görüşündə əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlərinin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib. Eyni zamanda, kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb. Bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd edib. Belə ki, Almaniya qonşuluğunda yerləşən necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir. “Beynəlxalq hüquq normaları bizim tərəfimizdədir”,- deyən prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizin öz suverenliyi və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazisini və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır.
Dövlətimizin başçısı əfsuslar hissi ilə qeyd edib ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir.
İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlanması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir. Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh prosesinə sadiqdir. Məhz, biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik. Əslində, biz sülh yolu ilə həllin 5 əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Beləliklə, biz əgər sülh istəmiriksə niyə bunların hamısını hazırlamışıq?!
Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olub. Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək, həmin əraziləri dağıdıblar, o vaxt 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşüb. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT TŞ-nın məlum qətnamələrinə, beynəlxalq hüquq normalarına, o cümlədən humanitar normalara məhəl qoymayıb. İki gün əvvəl ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımını törədiblər. Və indi biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalmışıq.
Biz Makron, Borrel və onlar kimi digər insanlar tərəfindən günahlandırılırıq.
Ukraynanı götürək: Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Almaniya və digər ölkələr Ukraynaya silahlar göndərir. Siz hamınız bəyan edirsiniz ki, Ukrayna öz ərazi bütövlüyünü təmin etməlidir. Bəs bizim ərazi bütövlüyümüz?! Məgər, bu məsələ Ukrayna məsələsindən daha az önəmlidir? Əfsuslar olsun ki, biz Cənubi Qafqazda ayrıca xətlərin qurulması cəhdlərini görürük. Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir. Mən demirəm ki, bu mənim şəxsi fikrimdir, insanların çoxu belə düşünür. Biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Bu ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?! Almaniya kansleri qərəzsizlik nümayiş etdirir və onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkarcasına və məqsədyönlü şəkildə edir.
Bildiyiniz kimi, biz bu qurumun sessiyalarında iştirak etməmək qərarına gəlmişik. Çünki, əgər bizim öz mövqeyimizi bildirmək hüququmuz yoxdursa, nəyə görə biz orada olmalıyıq.
Prezident İlham Əliyev bildirib ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.
Dövlətimizin başçısı bir məsələni də əfsuslar hissi ilə qeyd edib ki, Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. “Bu, tamamilə yalandır və mən bundan təəssüf hissi keçirirəm”,- deyən prezident İlham Əliyev bunu həmin yazıların müəlliflərinin özlərinin də yaxşı bildiyini vurğulayıb və qeyd edib ki, Azərbaycanda bir neçə ildir fəaliyyət göstərən Almaniya səfiri də ölkəmizdə gedən proseslərin şahididir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır. Dövlətimizin başçısı deyib:
“Bütün bunlar bizim həyata keçirdiyimiz işlərə mane ola bilərmi?! Xeyr! Biz istər ərazi bütövlüyünün bərpası, istər iqtisadi gündəliyimizlə bağlı öz xalqımızın, ölkəmizin rifahı naminə işlər görürük”.
Azərbaycanın özünü təmin edən ölkə olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir. Kimsə bizim inkişafımıza töhfə vermək istəyirsə biz minnətdar olarıq. Bu olmazsa, biz yenə də təəssüflənməyəcəyik. Sovet dövründə 70 il ölkəmizin dövlətçilikdən məhrum olduğunu deyən prezident İlham Əliyev qeyd edib ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi vaxtda Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə üzləşdi və müstəqilliyin bərpasından 4 ay sonra ermənilər Xocalı soyqırımını törətdilər. Yüzlərlə şəhər və kəndlərimizi işğal etdilər, oraları dağıtdılar. 30 illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Və biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdilər. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər.
Almaniyanın ölkəmizdəki səfiri verilən məlumatlara görə dövlətimizin başçısına minnətdarlığını bildirib və qeyd edib ki, həqiqətən ölkəmiz haqqında təəssüratlara malik olmaq üçün buradakı prosesləri öz gözləri ilə görmək vacibdir və elə nümayəndə heyətinin səfərinin məqsədlərindən biri də bundan ibarətdir.
Mixael Harms Münxendəki görüşdən az müddət sonra yenidən Azərbaycan Prezidentinin qəbulundan şərəf hissi keçirdiklərini bildirib və buna görə minnətdarlığını ifadə edib. Qonaq ölkəmizə infrastruktur, sənaye, kənd təsərrüfatı, bank və maliyyə, alternativ enerji və digər sahələrlə məşğul olan 40-dan artıq şirkətin rəhbəri və nümayəndələri ilə gəldiklərini vurğulayaraq Azərbaycanda səmərəli görüşlər keçirdiklərini bildirib. O, müzakirələr zamanı belə bir nəticəyə gəldiklərini qeyd edib ki, Azərbaycan iqtisadi islahatlarla bağlı böyük işlər həyata keçirir. Digər nəticə bundan ibarətdir ki, ölkələrimizin yalnız ənənəvi enerji sektorunda deyil, başqa sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanları var. O, vurğulayıb ki, Almaniya biznes dairələri Azərbaycanın Cənubi Qafqazda sülh proseslərinə sadiqliyini yüksək qiymətləndirir və bu da öz növbəsində bütün regionda müsbət inkişafın əsasını qoya bilər.
Görüşdə iqtisadi əlaqələrin perspektivləri, o cümlədən energetika, birgə layihələr, investisiya və digər sahələrdə əməkdaşlıqla məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bölməyə aid digər xəbərlər

Bu gün, 17:09
Daha bir vəzifəli şəxs saxlanılıb - Foto
Bu gün, 15:17
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
Bu gün, 14:10
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
Bu gün, 12:23
İlham Əliyev BMT nümayəndəsini qəbul edib - Fotolar
Bu gün, 12:02
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
Bu gün, 11:37
Yasamalda iki nəfər güllələnib - (Yenilənib)
Bu gün, 11:33
Ramiz Mehdiyevlə əlaqəli şəxslər həbs edilə bilər
Bu gün, 11:16
Çin Britaniyanın məxfi kompüter sistemlərinə daxil olub
Dünən, 13:28
Zülfüqarov: Yaxın Şərq probleminin həlli uzaqdadır
Dünən, 11:59
Ərdoğan Netanyahunu zirvəyə buraxmayıb
Dünən, 09:39
Süni intellekt təhlükəyə çevrilir - Xəbərdarlıq
14-10-2025, 22:14
Ramiz Mehdiyevə 4 aylıq ev dustağı cəzası verilib - (Yenilənib)
14-10-2025, 13:01
ABŞ psevdo-vətəndaş müharibəsinə doğru gedir - Proqnoz
14-10-2025, 08:30
Liderlər sülh sazişini imzalayıblar - (Yenilənib) - Foto
13-10-2025, 21:18
Donald Tramp: İlham Əliyev çox güclü liderdir
13-10-2025, 12:32
Rəhmon varisini təqdim edib
13-10-2025, 11:39
ABŞ Çinlə müharibəyə hazırlaşır - Foto
13-10-2025, 10:12
Girovların dəyişdirilməsinə başlayıblar - Canlı yayım
13-10-2025, 08:06
Yer kürəsində gözlənilməz hadisə qeydə alınıb
12-10-2025, 09:24
Yarım əsrin ən ağır təyyarə qəzaları…
10-10-2025, 14:36
Professor: Düşənbə görüşü Azərbaycan üçün kifayət qədər uğurludur
10-10-2025, 13:54
İsrailin İranla müharibəyə marağı niyə itib?
10-10-2025, 11:37
Azərbaycan-Rusiya münasibətləri normallaşır
10-10-2025, 09:42
Xəbərdarlıq: kiberdələduzluq halları artır
9-10-2025, 17:26
Avropa Parlamenti Rusiya təyyarələrinin vurulmasını tələb edir
9-10-2025, 09:33
Azərbaycanda ÜDM artıb, doğum səviyyəsi azalıb
8-10-2025, 14:06
Dünyada iş tapmaq böyük problemə çevriləcək - Xəbərdarlıq
8-10-2025, 12:59
Professor: Qəbələdə TDT-nın strategiyası müəyyən edildi
8-10-2025, 12:06
Nazirliyin tabeliyindəki institutlar birləşdirilib
8-10-2025, 11:07
“Gürcü arzusu”na rahatlıq verilməyəcək
8-10-2025, 10:39
Rus ordusu Ukraynanın iki vilayətində irəliləyir - Foto
8-10-2025, 09:51
Donald Tramp-Si Cinpin görüşünün yeri və vaxtı açıqlanıb
7-10-2025, 14:16
Cəlaloğlu: TDT dünya türklərinin güc mərkəzinə çevrilməlidir
7-10-2025, 13:22
Tramp marşrutunun keçəcəyi ərazidə müharibə təhlükəsi qalır
7-10-2025, 12:20
Qəbələdə TDT-nin Xarici İşlər Nazirləri Şurasında yeni sənədlər təsdiqlənib - Yenilənib
7-10-2025, 11:02
Rusiya NATO ilə müharibəyə hazırlığın birinci mərhələsindədir
6-10-2025, 18:25
Hərbi ekspert: Yanvar-fevral aylarında döyüşlər şüddətlənəcək
6-10-2025, 15:13
Ən innovativ ölkələrin adı açıqlanıb - Siyahı
6-10-2025, 14:00
Türkmən qazına maneə: bircə Azərbaycanla müqavilə toxunulmazdır
6-10-2025, 12:16
Nazir iki prorektoru vəzifədən azad edib
6-10-2025, 10:38
NATO ölkələrində gərginlik yaranıb
6-10-2025, 09:57
Ərdoğan Azərbaycana səfərə hazırlaşır
4-10-2025, 13:35
İrandan Azərbaycana yarım ton narkotik gətirmək istəyiblər - Fotolar