Nazir direktor və üç müavin təyin etdi
Tarix: 13-07-2016 16:09 | Bölmə: Gündəm / Xəbərlər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna direktor təyin edilib.

Reyting.az-ın xəbərinə görə, bu barədə mia.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

E.Babayev bildirib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun əmrinə əsasən, Zakir Hadı oğlu Babayev Dövlət Sosial Müdafiə Fondunun direktoru təyin edilib.

Şöbə müdiri əlavə edib ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin digər əmrləri ilə Əminə Seyidzadə, Səfər Mehdiyev və Sərdar Xıdırov nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu direktorunun müavinləri təyin ediliblər.

Ə.Seyidzadə və S.Xıdırov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəis müavinləri, S.Mehdiyev isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışıblar.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər