Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
Nazir Emin Əmrullayevə bir neçə sual
Anar Əsədlidən 4 şikayətçi var
Vəkil Zabil Qəhrəmanov həbs olunub
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
"Neftçi" qələbə qazanıb
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
ASC-də nöqsanlar aşkar edilib
Tarix: 25-10-2016 10:58 | Bölmə: Gündəm / Xəbərlər

Türkiyədə səfərdə olan Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bir sıra görüşlər keçirib.
Ə.Həsənov oktyabrın 24-də Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsinin baş direktoru Mehmet Akarca ilə görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsində kütləvi informasiya vasitələrinin rolunun artırılması, hər iki ölkənin mətbuat orqanları arasında informasiya mübadiləsinin genişləndirilməsi, bəzi KİV-lərdə ümummilli və dövlətçilik maraqlarımıza zərər vuran xəbərlərin yayılmasının qarşısının alınması üçün zəruri addımların atılmasının vacibliyi vurğulanıb. Söhbət zamanı beynəlxalq arenada qarşılıqlı faydalı əməkdaşlığın uğurlu nəticələrinin birgə təbliği, dünya informasiya məkanına dinamik inteqrasiyanın təmin olunması istiqamətində səylərin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Yasin Aktayla görüşdə isə qardaş dövlətlərimiz arasında münasibətlərin daha da dərinləşdirilməsinin geosiyasi və geostrateji aspektlərindən söhbət açılıb, regionda baş verən proseslərdən danışılıb, xaricdən idarə olunan təhlükəli meyillərin, o cümlədən gənclərin qeyri-sağlam ideologiyalara cəlb olunmasının qarşısının alınması yollarına dair müzakirələr aparılıb.
Görüşdə Azərbaycanın və Türkiyənin sürətli inkişafı yüksək qiymətləndirilib.
Azərbaycanın Türkiyə üçün xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıran Yasin Aktay bildirib ki, Türkiyə dövləti Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatları yüksək dəyərləndirir və ölkəmizdə əldə olunan bütün uğurlara önəm verir.
Azərbaycanın həmişə Türkiyənin yanında olduğunu vurğulayan Əli Həsənov bildirib ki, dövlətimiz bundan sonra da qardaş ölkənin qarşılaşa biləcəyi bütün çətinliklərin aradan qaldırılmasına öz dəstəyini verməyə hazırdır.
Bölməyə aid digər xəbərlər
















Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək