Azərbaycanda daha 142 nəfər koronavirusa yoluxub, 6 nəfər vəfat edib
Tarix: 29-01-2021 17:37 | Bölmə: Gündəm
Azərbaycanda daha 142 nəfər koronavirusa yoluxub, 6 nəfər vəfat edib

Azərbaycanda son sutkada koronavirusa 142 yeni yoluxma faktı qeydə alınıb, 399 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a bildirilib ki, son sutkada 6 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 229 935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 222 553 nəfər müalicə olunaraq sağalıb, 3 119 nəfər vəfat edib. Hazırda 4 263 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 342, bu günə qədər isə ümumilikdə 2 394 476 test aparılıb".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}