Azərbaycan, Rusiya və Ermənistan nümayəndələrinin görüşündə razılıq əldə edilib
Tarix: 30-01-2021 23:04 | Bölmə: Gündəm
Azərbaycan, Rusiya və Ermənistan nümayəndələrinin görüşündə razılıq əldə edilib

Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli İşçi Qrupun iclasında tərəflər ekspert alt qruplarının yaradılması barədə razılığa gəliblər.

Reyting.az
-ın məlumatına görə, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun mətbuat xidmətindən bildiriblər ki, İşçi Qrupun iclasının yekunu ilə bağlı tərəflər dəmir yolu, avtomobil və kombinə edilmiş daşınmalarla bağlı, təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla, nəqliyyatın təmin edilməsi məsələləri bağlı razılığa gəliblər.

Tərəflər ekspert alt qruplarının formalaşdırılmasını 2 Fevral 2021-ci ilə qədər tamamlamağa və ilk görüşlərini 5 Fevral 2021-ci il tarixinədək keçirməyə razılaşıblar.

Üçtərəfli İşçi Qrupunun növbəti iclasının Moskvada keçirilməsinə qərar verilib. Tarix həmsədrlər tərəfindən iş qaydasında razılaşdırılacaq.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}