16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
İlham Əliyev və Mehriban Əliyeva meşə tipli parkın açılışında iştirak ediblər - Fotolar
Tarix: 01-02-2021 16:21 | Bölmə: Gündəm
İlham Əliyev və Mehriban Əliyeva meşə tipli parkın açılışında iştirak ediblər

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər.

Reyting.az
xəbər verir ki, dövlət başçısı və birinci xanım parkda yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, dövlət başçısının tapşırığına əsasən salınan bu parkın ümumi ərazisi 4 hektardır. Vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Məhz Prezident İlham Əliyevin müdaxiləsindən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonduna qaytarılıb.

Yeni salınan parkda yaşıllıq zonası ərazinin 70 faizindən çoxunu əhatə edir.








Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}