14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Azərbaycanda koronavirusun ən geniş yayıldığı ərazilər məlum olub
Tarix: 02-02-2021 10:53 | Bölmə: Gündəm
Azərbaycanda koronavirusun ən geniş yayıldığı ərazilər məlum olub

Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxma göstəriciləri ilə açıqlanıb.

Reyting.az
xəbər verir ki, qeydə alınan yoluxma hallarının 52,2 %-i Bakının payına düşür.

Məlumata görə, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb - 15,1 %.

Sonrakı yerlərdə 13,1 %-lə Xətai, 12,2 %-lə Yasamal, 10,8 %-lə Sabunçu, 8,2 %-lə Nərimanov və Suraxanı, 7,8 %-lə Nəsimi, 7 %-lə Nizami, 6,9 %-lə Xəzər, 5,3 %-lə Qaradağ, 5 %-lə Səbail, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.

Yoluxma göstəricisi Aranda 13,3 %, Abşeronda 12,9 %, Gəncə-Qazaxda 8,1 %, Şəki-Zaqatalada 3,2 %, Quba-Xaçmazda 3 %, Lənkəranda 2,9 %, Dağlıq Şirvanda 2,5 %, Yuxarı Qarabağda 1,4 %, Naxçıvan Muxtar Respublikasında 0,4 %-dir.

Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,4 % təşkil edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}