Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib
Tarix: 12-02-2021 15:12 | Bölmə: Gündəm
Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 191 yeni yoluxma faktı qeydə alınıb, 226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a bildirilib ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 231 840 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 345 nəfər müalicə olunaraq sağalıb, 3 173 nəfər vəfat edib. Hazırda 2 322 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 260, bu günə qədər isə ümumilikdə 2 485 483 test icra olunub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}