Azərbaycanda daha 1185 nəfər koronavirusa yoluxub, 20 nəfər vəfat edib
Tarix: 24-03-2021 17:32 | Bölmə: Gündəm
Azərbaycanda daha 1185 nəfər koronavirusa yoluxub, 20 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1185 yeni yoluxma faktı qeydə alınıb, 478 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

Bununla da indiyədək ümumilikdə 249 492 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 233 834 nəfər müalicə olunaraq sağalıb, 3404 nəfər vəfat edib, aktiv xəstə sayı 12254 nəfərdir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}