Bayden: “ABŞ Azərbaycan ilə Ermənistan arasında diplomatik təmaslara kömək etməyə hazırdır”
Tarix: 20-05-2022 23:31 | Bölmə: Gündəm
Bayden: “ABŞ Azərbaycan ilə Ermənistan arasında diplomatik təmaslara kömək etməyə hazırdır”

Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır.

Bu barədə ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubunda deyilir.

C. Baydenin məktubunda qeyd olunur ki, indi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır: “Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər