18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Avropa çempionatı: voleybolçularımız Sloveniyaya yola düşüb
Tarix: 07-08-2023 14:49 | Bölmə: İdman
Avropa çempionatı: voleybolçularımız Sloveniyaya yola düşüb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə hazırlığın növbəti mərhələsi üçün Sloveniyaya yola düşüb.

Federasiyadan Reyting.az-a verilən məlumata görə, komandanı hava limanında federasiya rəsmiləri və əməkdaşları yola salıblar.

Ataman Güneyligilin rəhbərlik etdiyi kollektiv bir həftə Sloveniyada hazırlıq keçəcək. Bu müddətdə bir neçə yoxlama görüşünün təşkili planlaşdırılır. Voleybolçular avqustun 15-də qrup mərhələsinin matçlarının keçiriləcəyi Almaniyanın Düsseldorf şəhərinə gedəcəklər.

Qeyd edək ki, Almaniya, Belçika, İtaliya və Estoniyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsi sentyabrın 3-də yekunlaşacaq. Yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq. C qrupunda yarışacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Almaniya ilə yanaşı, Türiyə, Çexiya, İsveç və Yunanıstan olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}