18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
"Sabah" - "Partizan" oyununun biletləri satışa çıxarılıb
Tarix: 07-08-2023 16:51 | Bölmə: İdman
"Sabah" - "Partizan" oyununun biletləri satışa çıxarılıb

Bakıda "Sabah" və Serbiya "Partizan"ı arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün bilet satışına başlanılıb.

Klubdan verilən məlumata görə, biletləri “iticket.az” saytından, portalın məntəqələrindən, avqustun 8-dən etibarən isə “Bank Respublika Arena”nın kassasından əldə etmək mümkündür.

Satılmış hər biletdən əldə olunan 1 manat məbləğində vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Qeyd edək ki, avqustun 10-da keçiriləcək "Sabah" - "Partizan" görüşü saat 20:00-da başlayacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}