18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Rusiyalı yarımmüdafiəçi Yunanıstan komandasında oynayacaq
Tarix: 07-08-2023 21:29 | Bölmə: İdman
Rusiyalı yarımmüdafiəçi Yunanıstan komandasında oynayacaq

Rusiyalı yarımmüdafiəçi Məhəmməd Ozdoyev Yunanıstan PAOK-una keçib. Reyting.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilir ki, rusiyalının PAOK ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na kimi bağlanıb. Ozdoyev Yunanıstan klubunda 27-ci nömrə altında çıxış edəcək.

Xatırladaq ki, M. Ozdoyev Moskva "Lokomotiv"inin yetirməsidir. O, Rusiyada da “Rubin”, “Terek” (indiki “Axmat”) və “Zenit”də çıxış edib. Ozdoyev dörd dəfə Rusiya çempionu olub və iki dəfə ölkə Superkubokunu qazanıb. “Lokomotiv”lə rusiyalı Rusiya Premyer Liqasının bürünc mükafatçısı olub.

2022/2023 mövsümündə M. Ozdoyev türkiyəli Fatih Karagyumryukun heyətində 34 oyun keçirib, beş qol vurub və altı məhsuldar ötürmə edib.

ELÇİN
Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}