18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Məşhur futbolçu Şenol Günəşi "pasda qoyub": "Elə bir şey yoxdur"
Tarix: 08-08-2023 11:08 | Bölmə: İdman
Məşhur futbolçu Şenol Günəşi "pasda qoyub": "Elə bir şey yoxdur"

Səudiyyə Ərəbistanının "Əl Nəsr" komandasında Ronaldo ilə birgə oynayan brazilyalı Talıska "Beşiktaş"a qayıtmaq istədiyi ilə bağlı deyilənləri təkzib edib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, braziliyalı futbolçu barəsində yayılan məlumatların yalan olduğunu deyib:

"Son zamanlar ortaya çıxan saxta xəbərlərin əksinə olaraq, heç bir klubla transfer müzakirəsi aparmamışam. "Əl-Nəsr"dən ayrılmaq fikrim yoxdur. Burada çox xoşbəxtəm. Müqaviləmi daha 3 il müddətinə yenilədim. Diqqətim qarşıdakı mövsümdədir".

Xatırladaq ki, az əvvəl "Bşeiktaş"ın baş məşqçisi Şenol Güneş mətbuata belə bir açıqlama verib: "Taliska ilə danışdım. O, darıxdığını və "Beşiktaş"a gəlmək istədiyini söylədi. Amma onun transferi 10 milyon avrodan az deyil".

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}